Trampdan tarixi etiraf: ABŞ-ın ən böyük səhvini açıqladı

© REUTERS / CARLOS BARRIAПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində ən böyük yeganə səhvdir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Yaxın Şərqə qoşunların göndərilməsi Birləşmiş Ştatlar tarixində ən böyük səhvdir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu "Axios"-a müsahibəsində Birləşmiş Ştatların Prezidenti Donald Tramp bildirib.

"Biz İŞİD-i zərərsizləşdirdik... Bu xilafətin 100%-ni... Biz Süleymanini (İran generalı-red.), əl-Bağdadini (İŞİD lideri-red.) "aradan qaldırdıq". Mən digər prezidentlərin etmədiyi çox şeyi etmişəm. Onlar gərək heç vaxt Yaxın Şərqə girməzdilər" - deyə Tramp qeyd edib.

O, vurğulayıb ki, Yaxın Şərqə qoşun göndərmək qərarı və regionun işlərinə qarışmaq ABŞ tarixində yeganə ən böyük səhvdir.

Xatırladaq ki, ilin əvvəlindən bəri ABŞ-İran münasibətləri yenidən gərginləşib. Belə ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.

Xəbər lenti
0