BAKI, 4 avqust — Sputnik. "Azərbaycanda heç bir sosial layihənin icrası təxirə salınmayıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, məşğulluq tədbirləri uğurla həyata keçirilir. Ehtiyacı olan şəxslərin mənzillərlə və avtomobillərlə təmin olunması da tam həyata keçiriləcək: "Bu sahədə olan proqramlar tam həcmdə həyata keçiriləcək. Pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlərdə heç bir azalma olmayacaq".
Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyası başlayıb. Növbədənkənar sessiya çərçivəsində bu gün Əmək və sosial siyasət komitəsinin iclası keçirilir. İclasda dövlət büdcəsinə dəyişikliklər müzakirə olunur.