CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha bir bəla – 6 ayda 273 yoluxma

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidЛаборант проводит исследование биологического материала
Лаборант проводит исследование биологического материала - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 6 ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olub

BAKI, 4 iyul – Sputnik. Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2020-ci ilin 6 ayı ərzində İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının 15,8%-i, ümumilikdə isə 1992-ci ildən 01.07.2020-ci il tarixədək yoluxma hallarının 40,3%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 8 408 nəfərdən 3 344 nəfəri inyeksion narkotik istifadəçisi olub ki, onların da 2605 nəfəri (78,8%) dispanser qeydiyyatına götürülüb. Ümumiyyətlə, qeydiyyatda olanları 6096 nəfəri Qazanılmış  İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı1093 nəfər ölüb.

Bildirilib ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma sayında azalma müşahidə olunur. 2020-ci ilin 6 ayında aşkarlanmış 273 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşının 43 nəfəri inyeksion narkotik istifadəçisi olub.

Xəbər lenti
0