BAKI, 4 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun dövləti Çinin TikTok sosial şəbəkəsinin satışına görə ByteDance şirkətindən pay almalıdır, çünki bu razılaşmanın gerçəkləşməsini məhz o mümkün edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Mediate yazıb.
“Payın böyük hissəsi Birləşmiş Ştatların Xəzinəsinə daxil olmalıdır, çünki biz bu razılaşmanın ümumiyyətlə baş tutmasına imkan yaradırıq”, - Tramp deyib.
O qeyd edib ki, tətbiqin qismən deyil, tamamən satın alınmasında təkid edir. Trampın fikrincə, əks halda Çinin amerikan vətəndaşlarını izləmək imkanı qalacaq.
Prezident vurğulayıb ki, sosial şəbəkəni məhz “böyük, təhlükəsiz və olduqca amerikan şirkəti” almalıdır və Microsoft bu şərtlərə tam cavab verir.
Bundan öncə Dövlət katibi Mayk Pompeo bildirmişdi ki, ABŞ Çinin TikTok və WeChat sosial şəbəkələrini onların istifadəçilərin şəxsi məlumatlarını ÇXR-ə ötürməsi şübhəsinə görə qadağan edilməsi məsələsini gözdən keçirir.
Sonra Prezident Donald Tramp da hökumətin bu tətbiqləri ÇXR rəhbərliyindən qaynaqlanan milli təhlükəsizliyə təhdid səbəbindən qadağan etmək niyyətini təsdiqləmişdi.
Microsoft şirkəti isə öz növbəsində TikTok-un pay sahibi olmaq niyyətini açıqlayıb.