"Qoşulmama Hərəkatı və COVID-19" mövzusunda vebinar keçirilib

© REUTERS / ALBERT GEAДистанционное образование, фото из архива
Дистанционное образование, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xalid Teymur Əkrəm deyib ki, dünyanın üzləşdiyi müxtəlif aspektli böhran şəraitində Qoşulmama Hərəkatı beynəlxalq əməkdaşlığın və həmrəyliyin yaradılması üçün mühüm rol oynayır.

BAKI, 4 avqust — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə "Qoşulmama Hərəkatı və COVID-19 pandemiyası" mövzusunda beynəlxalq vebinar keçirilib.

BMTM-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, vebinarın moderatoru, Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil edilmiş Qoşulmama Hərəkatının virtual sammitini xatırladıb.

O bildirib ki, bu tədbir təşkilat tarixində vacib hadisə olmaqla yanaşı, onun güclənməsinə və koronavirus böhranına adekvat reaksiya verməsinə şərait yaradıb.

Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin Direktoru Xalid Teymur Əkrəm deyib ki, dünyanın üzləşdiyi müxtəlif aspektli böhran şəraitində Qoşulmama Hərəkatı beynəlxalq əməkdaşlığın və həmrəyliyin yaradılması üçün mühüm rol oynayır.

BMTM-in baş məsləhətçisi Vasif Hüseynov çıxışı zamanı bildirib ki, Qoşulmama Hərəkatının üzvləri təşkilatın 2019-2022-ci illərdə sədri olan Azərbaycan Prezidentinin pandemiya ilə mübarizə üçün təqdim etdiyi təşəbbüsləri yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu təşəbbüslər içərisində BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil edilməsi təklifi xüsusi qeyd edilməlidir: "Yalnız Ermənistanın qarşı çıxdığı bu təşəbbüsə 130-dan artıq dövlət dəstək göstərib".

Pandemiyanın dövlətlər arasındakı münaqişələrə təsirindən danışan V.Hüseynov diqqəti Ermənistan-Azərbaycan sərhədində iyulda yaşanan hadisələrə çəkərək, Ermənistanın Azərbaycana qarşı təcavüzünün səbəblərindən birinin ölkənin daxilində olan böhranlı vəziyyət olduğunu qeyd edib.

Daha sonra çıxış edən Belarus Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Jauhen Zadrucki deyib ki, koronavirus pandemiyasının beynəlxalq ticarət əlaqələrinə, investisiyalara və s. zərər verməsinə imkan verilməməlidir. Onun sözlərinə görə, ölkəsi Qoşulmama Hərəkatının bu cəhətdən fəaliyyətini və Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirir.

Vebinar sual-cavab sessiyası ilə davam edib.

Xəbər lenti
0