BAKI, 4 avqust - Sputnik. Livanın paytaxtı Beyrutda baş verən ard-arda iki partlayışda baş nazir Həsən Diabın həyat yoldaşı və qızı xəsarət alıblar. Bu barədə Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir..
Partlayışda azı 11 nəfər ölüb. Ölənlər aeasında "Əl-Kataib" partiyasının baş katibi Nazar Nacaryan da var.
Hadisə zamanı həmçinin yüzlərlə insanın xəsarət aldığı bildirilir. Xəsarət alanlar arasında Qazaxıstanın bu ölkədəki konsulu da var.
Beirut now pic.twitter.com/sBHH8C2l1f
— Elie W. Fawaz (@ElieFawaz) August 4, 2020
Bildirilib ki, partlayışın səsi Kiprdə belə eşidilib. Partlayış episentrinə yaxın olan binaların şüşələri dağılıb.
A large explosion has been reported in #Beirut, #Lebanon. Unknown what the cause is so far. pic.twitter.com/PVn4BHzSXT
— Joe Truzman (@Jtruzmah) August 4, 2020
Hadisənin terror aktı olmadığı bildirilir.