Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

COVID-lə mübarizədə həkimlərimizə italyanlar kömək edəcəklər - FOTO

Abunə olmaq
Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək

BAKI, 3 avqust — Sputnik. Bu gün İtaliya Mülki Müdafiə İdarəsinin nümayəndə heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədi ilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi reys ilə Bakıya gəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı İtaliyanın ölkəmizdəki səfirliyi yayıb.

Məlumata görə, komanda Pyemont, Toskana, Valle d'Aosta və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

"İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi yaxınlığı unutmur: beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu fəaliyyətlərlə qiymətləndirmək niyyətindədir", - İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari qeyd edib.

Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək.

Xəbər lenti
0