CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İcazə sisteminin ləğvindən sonra rayonlara getmək üçün kağız tələb olunacaq

© Sputnik / Murad OrujovАлятский карантинный пост, фото из архива
Алятский карантинный пост, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıdan işlə əlaqədar yalnız ezamiyyə vərəqi olanlar sənədləri təqdim etməklə gedə biləcəklər - Ülvi Mehdiyev

BAKI, 3 avqust — Sputnik. Operativ Qərargah icazə sistemi ləğv olunandan sonra kimlərin rayona getməsinə icazə verilməsinə aydınlıq gətirib.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, Azərbaycan ərazisində 31 avqusta qədər yerüstü və hava nəqliyyatı vasitəsilə giriş-çıxış dayandırılıb: “Sərtləşdirilmiş karantin tətbiq edilən rayon və şəhərlərdə istisnalar olmaqla, gediş-gəliş olmayacaq”.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev isə qeyd edib ki, Bakıdan işlə əlaqədar yalnız ezamiyyə vərəqi olanlar sənədləri təqdim etməklə gedə biləcəklər:

“Əvvəl bu, avtomatlaşdırılmış qaydada aparılırdı. İndi isə postlarda təqdim edəcəklər. Rayonlara buraxılışla bağlı, yəqin ki, Daxili İşlər Nazirliyi tərəfindən əlavə məlumat veriləcək”.

O qeyd edib ki, istənilən fəaliyyətlə məşğul olan şəxslər olduğu yeri ezamiyyə əsasında tərk edirlər: “Vəkildirsə, Vəkil bürosu, jurnalistdirsə, təmsil olunduğu KİV-in müvafiq ezamiyyəsi əsasında olduğu yeri tərk edir. Amma daha detallı məlumat veriləcək”.

Xəbər lenti
0