CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB

© Depositphotos.com / Elnur_Мужчина во время ингаляции над паром
Мужчина во время ингаляции над паром  - Sputnik Azərbaycan
Abunə olmaq
"Əgər biz koronavirusla mübarizədə qəbul olunmuş profilaktik tədbirlərə riayət edəriksə, bu bizi bütün başqa respirator xəstəliklərdən də qoruya"

 

BAKI, 3 avqust — Sputnik. “Hazırda geniş müzakirə olunan məsələ payız-qış mövsümünə hazırlıqdır”.

Sputnik Azərbaycan bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, hər il payız, qış mövsümündə mövsümi qrip və başqa kəskin respirator xəstəliklərinin artımı gözlənildiyi kimi bu il də istisna deyil:

“Bu artım COVID-19 pandemiyası fonunda hansı nəticələrə gətirib çıxara bilər? Hazırda bu məsələ geniş müzakirə olunur. Əgər biz koronavirusla mübarizədə qəbul olunmuş profilaktik tədbirlərə riayət edəriksə, bu bizi bütün başqa respirator xəstəliklərdən də qoruyar”.

O bildirib ki, bu gün dünyada COVİD-19-la mübarizədə geniş tədbirlər görülən ölkələrdə hətta qrip və digər respirator xəstəliklərin sayında da azalma hiss olunur: “Biz yenə də maskadan istifadə etməli, gigiyena qaydalarına əməl etməliyik”.

Xəbər lenti
0