CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir zaman Bakını o məşhur etmişdi, indi "borcu" qaytarmaq zamanıdır - FOTO

© Sputnik / Irade JELILBalaxanı qəsəbəsində
Balaxanı qəsəbəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Son illərə qədər ərazisinin bir hissəsi məişət tullantıları poliqonuna çevrilən Balaxanı artıq paytaxtın ən gəzməli-görməli şəhər tipli qəsəbəsinə çevrilib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 3 avqust — Sputnik. Daş döşəməli küçələr, eyvanlara düzülən çiçəklər. Hasarların üzərindəki maraqlı rəsm əsərləri, asılqanlı dibçəklər, quşlar üçün düzəldilmiş yuvalar. Qədimiliklə müasirliyin vəhdət təşkil etdiyi bu gözəlliyi görmək heç də uzağa getmək lazım deyil. Sabunçu rayonu, Balaxanı qəsəbəsi artıq turistlərin belə zövq alacağı məkana çevrilib. Sputnik Azərbaycan siması dəyişən, turistlər üçün gəzməli-görməli məkana çevrilən Balaxanı qəsəbəsindən reportajı təqdim edir. 

Yolumuzu öncə Balaxanı qəsəbəsinin mərkəzi hesab olunan Dirçəliş küçəsindən salırıq. Qəsəbənin daş döşənmiş küçəsini addımladıqca gül-çiçəklə bəzədilmiş eyvan və hasarlar, üzərindəki rəsmlər insana zövq verir. Paytaxtın əsas neftçıxarma mərkəzlərindən olan Balaxanı indi əsl turistik məkana çevrilib. Qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri sakinlərin də ürəyincədir. Həmsöhbət olduğumuz Balaxanı qəsəbə sakinləri yaşadıqları ərazinin bir zaman belə dəyişəcəyinə inanmadıqlarını söyləyirlər. Qəsəbə sakini Balamirzə dayı deyir ki, qəsəbənin yeni siması onları da valeh edib. Onun sözlərinə görə, Balaxanı qəsəbəsi tarixi olan, Bakının ən qədim qəsəbəsidir: “Qəsəbəmizin abadlaşdırılması, turistlər üçün gəzməli-görməli bir məkana çevrilməsi bizi də sevindirir. Adam qapıdan çıxanda bu gözəlliyə baxıb ürəyi açılır. Bu ideyanın müəlliflərinə, zəhməti keçən hər kəsə təşəkkür edirəm”.

© Sputnik / Irade JELILBalaxanı qəsəbəsində
Bir zaman Bakını o məşhur etmişdi, indi borcu qaytarmaq zamanıdır - FOTO - Sputnik Azərbaycan
Balaxanı qəsəbəsində

Qeyd edək ki, Balaxanının Dirçəliş küçəsində yenidənqurma işləri hələ davam edir. Qəsəbənin daş piltələr döşənmiş küçələrində gəzərkən posterlərdə gördüyümüz qədim Bakı göz önündə canlanır. “O olmasın, bu olsun” filminin sevilən personajlarından olan Məşədi İbad və hambala qoyulmuş abidə isə bu gözəlliyə yumoristik əhval-ruhiyyə qatır.

Təbii ki, Balaxanının bu gözəlliyini görənlərdə bu ideyanın haradan yarandığı, layihənin niyə məhz Balaxanıda icra olunduğuna dair suallar da yaranır. Bu suala cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Sputnik Azərbaycan-a bildirdilər ki, Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və tuzim məkanına çevrilməsi üçün KOBİA, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC birgə əməkdaşlıq edir: “Bu əməkdaşlıq çərçivəsində hər üç qurum Balaxanının yeni turizm məkanına çevrilməsi, turizm yönümlü sahibkarlığın təşviqi və yeni turizm obyektlərinin yaradılması, qəsəbənin daha da abadlaşdırılması istiqamətində səlahiyyətləri çərçivəsində səylərini birləşdiriblər.

© Sputnik / Irade JELIL
Balaxanı qəsəbəsində - Sputnik Azərbaycan
1/3
© Sputnik / Irade JELIL
Balaxanı qəsəbəsində - Sputnik Azərbaycan
2/3
© Sputnik / Irade JELIL
Balaxanı qəsəbəsində - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Belə ki, Dövlət Turizm Agentliyi Balaxanının yeni turizm məkanı kimi tanıdılmasına, turizm marşrutuna salınmasına dəstək olacaq. KOBİA Balaxanıda turizm sahəsində yeni sahibkarlıq subyektlərinin, xüsusilə sənətkarlıq, xidmət və ticarət istiqamətlərində biznesin qurulmasını təşviq edəcək, bu sahədə biznes təşəbbüslərinin reallaşdırılmasına dəstək göstərəcək. “Bakı Abadlıq Xidməti” MMC isə Balaxanı qəsəbəsində həyata keçirilən abadlıq tədbirlərini daha da genişləndirəcək. Eyni zamanda birgə əməkdaşlıq Balaxanı sakinləri arasında turizm yönümlü sahibkarlığın təşviqinə, məşğulluğa, eləcə də qəsəbənin tarixi abidələrinin tanıdılmasına və daha da abadlaşmasına öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, Balaxanı tarixi-mədəni abidələrlə zəngindir. Burada turizm yönümlü sahibkarlığın, xüsusilə sənətkarlıq üzrə xalçaçılıq, dulusçuluq, milli geyimlərin hazırlanması, xidmət sektorunda kiçik iaşə obyektlərinin, hostellərin yaradılması, ticarət üzrə suvenir, keramik qablar, xalça, musiqi alətləri, şirniyyat satışı və s. sahələri təşviq etmək üçün imkanlar mövcuddur. Balaxanıda bu istiqamətlər üzrə 100-ə yaxın kiçik obyektin fəaliyyəti təşkil oluna bilər. Balaxanının yeni turizm məkanına çevrilməsi istiqamətində fəaliyyətin səmərəli və sistemli təşkili üçün konseptual sənədin hazırlanması da təklif olunur”.

© Sputnik / Irade JELILBalaxanı qəsəbəsində
Bir zaman Bakını o məşhur etmişdi, indi borcu qaytarmaq zamanıdır - FOTO - Sputnik Azərbaycan
Balaxanı qəsəbəsində

“Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndəsi Vüqar Müfidzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Balaxanı qəsəbəsində abadlıq işlərinə 2019-cu ilin noyabr ayından başlanılıb. Onun sözlərinə görə, əsasən təmir işləri dörd küçədə - Səfəvilər, Dirçəliş, Sabir və Cahangir Cahangirov küçələrində aparılır: “Artıq iki  küçədə - Səfəvilər və Dirçəliş küçəsində təmir, demək olar ki, yekunlaşıb. Küçələrdə kommunikasiya xətləri, yerüstü işıq, rabitə, su, qaz xətləri torpaq altına salındı, yenidən kanalizasiya xətti çəkildi, yüksək sürətli fiberoptik rabitə və internet xətti çəkildi. Yerə plitə daşlar düzüldü. Evlərin damı təmir olunur, hasarlar, küçələr işıqlandırılır və yaşıllaşdırılır”.

Vüqar Müfidzadə deyir ki, bu layihənin məhz Balaxanıda həyata keçirilməsi heç də təsadüfi deyil:

“Balaxanı Bakının ilk neft çıxarılan ərazisidir. Ona görə də layihə məhz Balaxanı qəsəbəsində gerçəkləşdirildi. Balaxanıda ekoloji problemlər artıq aradan qaldırılıb. Qəsəbə kiçik olsa da, tarixi abidələri ilə zəngindir. Biz orada yenidənqurma işləri apararkən bir neçə tarixi abidə aşkarladıq. Məsələn, Balaxanı qum hamamı yerin altından çıxarıldı. KOBİA Balaxanıda kiçik sahibkarlığa dəstək verir. Bu qəsəbədə kiçik sahibkarlıq obyektləri olan xalçaçılıq, misgərlik, çap mərkəzi fəaliyyət göstərir. Üç qurum - KOBİA, Dövlət Turizm Agentliyi və "Bakı Abadlıq Xidməti" MMC Balaxanıya turizm marşrutunun açılması üzərində birgə iş aparır”.

Qeyd edək ki, Balaxanı Bakının qədim tarixi olan ərazisidir. Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: "bala" – yuxarı, hündür, "xana" – ev deməkdir. XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neftçıxarma mərkəzlərindən birinə çevrilməyə başlayıb. Son illərə qədər ərazisinin bir hissəsi məişət tullantıları poliqonuna çevrilən Balaxanı artıq paytaxtın ən gəzməli-görməli şəhər tipli qəsəbəsinə çevrilib.

Xəbər lenti
0