BAKI, 2 avqust — Sputnik. İbizaya uçan təyyarənin sərnişinləri maska taxmaq istəməyən turisti döyüblər.
Sputnik Azərbaycan bildirir ki, hadisəni əks etdirən kadrlar Twitter-də paylaşılıb.
“Stoppen nu, er zijn kinderen hiero!”Knokpartij op @klm vlucht naar Ibiza. Dronken passagier weigert mondkapje te dragen ✈️
— The Mic High Club Luchtvaart Podcast (@MicHighClub) August 2, 2020
Panic and violent brawl! Unruly passenger on board KLM flight,he refused to wear face mask 😷#incident #klm #avgeek #aviation #planespotting @KLM_press pic.twitter.com/RPM0g1Kqh9
Kadrlarda təyyarə ekipajının dalaşanları ayırmağa cəhd etdiyi görünür. Sonra kişilərdən birini yıxır, digərlərini isə sakit olmağa dəvət edirlər. Adamlardan biri isə: “Burada uşaqlar var!” – deyə qışqırır.
KLM aviaşirkəti ilə uçan kişi digər sərnişinlərlə maska taxmaq istəmədiyinə görə mübahisə edib. Davada ümumilikdə 10 nəfər iştirak edib. Maska taxmaq istəməyən turistin sərxoş olduğu bildirilir.