BAKI, 2 avqust — Sputnik. 2019-cu ilin avqustundan bəri ilk dəfə bir bitkoinin qiyməti 12 min dollara çatıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumat CoinMarketCap səhifəsində dərc olunub.
Portalın məlumatına görə, bu səhər 7:40-da 1 bitkoin 11 922,86 dollar olub. İyirmi müxtəlif portalın məlumatını araşdıran CoinMarketCap kriptovalyutanın qiymətinin 4.59 faiz artdığını bildirib.
Binance birjasının məlumatına görə isə son saat ərzində bitkoin maksimal – 12123.46 dollar həddini görüb.
Bir həftə əvvəl, iyulun 26-da bitkoinin qiyməti 10 min dollaradək yüksəlmişdi.