BAKI, 2 avqust — Sputnik. ABŞ-ın Nebraska ştatında iki bacı əlli il sonra koronavirus sayəsində görüşə bilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə UPI yazır.
Saytın məlumatına görə, mayda xəstələnən 73 yaşlı Doris Krippen hesab edib ki, adi qripə yoluxub. Amma o sonradan o qədər zəifləyib ki, yıxılaraq qolunu sındırıb. Müayinə zamanı məlum olub ki, Krippen koronavirusa yoluxub və sağalmaq üçün qadın xəstəxanada təxminən 1 ay qalmalı olub.
Doris Crippen, 73, said she had come down with what she thought was the flu in May. Due to how weak it made her, she ended up falling and breaking her arm, sending her to the emergency room and eventually down memory lane. https://t.co/so0rE1UkSG
— Dewrex News (@DewrexNews) August 2, 2020
Bundan sonra isə D.Krippen Fremont şəhərindəki reabilitasiya mərkəzinə müraciət edib. Burada 20 ildən çox işləyən 53 yaşlı Bev Boro xəstələrin siyahısında Krippenin soyadını görəndə anlayıb ki, bu onun bacısıdır.
“Mən inana bilmirdim. Öz-özümə fikirləşdim ki, “Aman Allah, yəqin, bu mənim bacımdır”, - Boro UPİ-yə deyib.
Krippen pis eşitdiyindən Boro ümumi atalarının adını lövhəyə yazıb, Krippen isə həmin kişinin qızı olduğunu təsdiqləyib.
“Mənim buraya (reabilitasiya mərkəzinə - red.) yönəldilməyim Allahın lütfü idi, çünki buraya gəlməsəydim, bacımı tapa bilməyəcəkdim”, - deyə illərlə Bev Boronu axtaran Krippen deyib.
Yarım əsrdən çox ayrı düşən bacıların ataları bir, anaları ayrıdır. Krippeni doğma anası böyüdüb, Boronu isə altı ayında övladlıq veriblər. Qadınların digər bacı-qardaşları da var və Boro onların əksəriyyətini tapıb.