Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 1 avqust — Sputnik. Azərbaycan Kinematoqrafçılar İttifaqı A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə sənədli kino sahəsində aktivliyi artırmaq, o cümlədən Rusiyada elm, mədəniyyət, ictimai fəaliyyəti ilə görkəmli nəticələr əldə etmiş azərbaycanlıların daha geniş tanıtmaq məqsədi ilə “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər senariləri müsabiqəsinə yekun vurulub.
Qeyd edək ki, müsabiqəyə “Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu),“Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski),“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva),“Xatirələrim məndə yaşayır” (Nadir Maçanov),“Mamed” (Seymur Elsəvər ),“Next” (Çingiz Rəsulzadə),“Sadəcə Emin…” (Günel Mehri), “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova),“Tənha” (Ruslan Mollayev),“Üç nəfərdən artıq yığışmaq olmaz” (Çingiz Rəsulzadə) ssenariləri buraxılmışdı. Rüstəm İbrahimbəyovun sədrliyi ilə Oleq Səfərəliyev, Vaqif Azəryar və Əli İsa Cabbarovun daxil olduğu münsiflər heyəti Milli Kino günü öncəsi qalibləri müəyyən edilib.
1-ci yer - “Aşur evi” (Əkbər N. Nəcəf, İdris Heydərli, Seyran Mahmudoğlu)
2-ci yer - “Bir ailənin əsri” (Toğrul Cuvarlı, Ziya Şıxlinski)
3-cü yerlər - “Şərqdə doğan günəş” (Ülviyyə Əhmədova)
“Next” (Çingiz Rəsulzadə)
“Qacarlar” (Nicat Dadaşov, Reyhan İsayeva)
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, müsabiqənin qalibləri diplom və pul mükafatı ilə təltif ediləcək: “Azərbaycan Kinematoqrafçılar İttifaqı birinci yer tutmuş senarinin kino həyatı qazanması üçün səy göstərəcək. Münsiflər heyəti müsabiqəyə qatılmış müəlliflərə müsabiqədə iştiraka görə minnətdarlığını bildirir, yaradıcı fəaliyyətdə uğurlar arzu edir. Müsabiqənin qalibləri diplom və pul mükafatı ilə təltif ediləcək”.