CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəfibəylilər nəslinin ixtiraçı davamçıları – onların kəşfi düşmən üçün kabusa çevriləcək

© Sputnik / Nigar IskanderovaAlternativ enerji alan elektroqurğu
Alternativ enerji alan elektroqurğu - Sputnik Azərbaycan
Abunə olmaq
Miqrant kimi Azərbaycana üz tutanda Zaur Rəfibəyli və Yaşar Qarayevin 600 dollar pulu və 4 çanta əşyası olub.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 1 avqust — Sputnik. Yolumuz Qaladan keçir... Dalanlar, döngələr bizi böyük tarixi olan bir nəslin - Rəfibəylilərin evinə aparır. Bura gəlişimizin səbəbi həm böyük tarixi olan nəslin bugünkü nümayəndələri ilə söhbətləşmək, həm də bu nəslin nümayəndəsi olan Zaur Rəfibəyli və atası Yaşar Qarayevin bir-birindən fərqli və analoqu olmayan ixtiraları ilə tanış olmaqdır. Hansı ki, onlar arasında hərbi ixtiradan tutmuş, alternativ enerji mənbəyinin ixtirasınadək müxtəlif çeşidləri görmək mümkündür.

Rəfibəylilər nəsli haradan gəlir? Gəncə xanlığının məşhur simalarından olan Rəfi bəyin övladları rus üsul-idarəsi dönəmində Rəfibəyli soyadını qəbul ediblər. Soyun məşhur nümayəndələri arasında dövrünün təhsil xadimi Cavad bəy Rəfibəyli, Xudadat bəy Rəfibəyli, Səməd bəy Rəfibəyli, Ələkbər bəy Rəfibəyli, tanınmış şair Nigar Rəfibəyli də var.

Yaşar Qarayev və oğlu Zaur Rəfibəyli də bu tanınmış nəslin nümayəndələridirlər. Onlar Ələkbər bəy Rəfibəylinin qardaşı tərəfdən nəsil davamçılarıdır.

© Sputnik / Nigar IskanderovaYaşar Qarayev və oğlu Zaur Rəfibəyli
Rəfibəylilər nəslinin ixtiraçı davamçıları – onların kəşfi düşmən üçün kabusa çevriləcək - Sputnik Azərbaycan
Yaşar Qarayev və oğlu Zaur Rəfibəyli

Nəslin davamçıları olan ata-övlad ilə elə onların iş emalatxanasında, bir çox ixtiraların yarandığı yerdə söhbətə başladıq. Ukraynada doğulan, 2006-cı ildə miqrant kimi Azərbaycana Zaur Rəfibəyli gəlmişdi, Atası isə Laçında doğulub, 18 yaşından Ukraynada Kaxova şəhərində yaşayıb və orada ailə həyatı qurub. Ukraynada Valentina adlı ukraynalı qadınla olan ilk evlilikdən Zaur və Eldar adlı iki oğul övladı var. O, Ukraynada kənd təsərrüfatının avtomatikləşdirmə və mexanikləşdirilməsi ixtisasını bitirib, baş mühəndis kimi ixtisaslaşıb. Oğlu deyir ki, onlar yalnız Azərbaycana gəldikdən sonra müxtəlif ixtiralar ediblər və təxminən 10 ildir ki, bu işlə məşğuldurlar: "Ata-bala bir texnikanın ərsəyə gəlməsi üçün öncə götür-qoy edir, çertyoj cızırıq. Hazırda bir hərbi texnika üzərində çalışıram, hələlik ki, bir sıra detallarını açıqlaya bilməsəm də, haqqında müəyyən məlumatlar verə bilərəm. Bu texnika bizim ordumuzda əsgər ölümünün azalmasına kömək edəcək.Bu qurğu düşmənlər üçün böyük kabusa çevriləcək"

© Sputnik / Nigar IskanderovaZaur Rəfibəyli iş başında
Rəfibəylilər nəslinin ixtiraçı davamçıları – onların kəşfi düşmən üçün kabusa çevriləcək - Sputnik Azərbaycan
Zaur Rəfibəyli iş başında

Onların ixtiraları arasında yem üyütmək üçün texnika da var. Bu işə marağa gəldikdə, Y.Qarayev deyir ki, Azərbaycana qayıtdığı illərdə kənd təsərrüfatında müxtəlif texnikalara böyük ehtiyac olub. Bu səbəbdən də onlar elə diqqətlərini də məhz bu istiqamətə yönəldiblər: "Ot üyütmək, yem üyütmək üçün müxtəlif texnikalar hazırlamışıq. İxtiralarımız arasında yeni olanlar da var. Ot üyütmək üçün olan texnikanı eyni gücdə olan sovet texnikası ilə müqayisə etdikdə onun bizimkindən 5 dəfə az ot üyütdüyünü görə bilərik. Sovetin 37 kilovat gücündə olan mühərriki 20 press ot üyüdürsə, bizim hazırladığımız texnika 15 kilovatla 300 press ot üyüdür. Bu həm də daha sərfəli olmaqla digərlərindən seçilir".

© Sputnik / Nigar IskanderovaYaşar Qarayev hazırladıqları dəmir parçasını nümayiş etdirir
Rəfibəylilər nəslinin ixtiraçı davamçıları – onların kəşfi düşmən üçün kabusa çevriləcək - Sputnik Azərbaycan
Yaşar Qarayev hazırladıqları dəmir parçasını nümayiş etdirir

"Bundan başqa, gül dibçəkləri üçün konveyer hazırlamışıq, hansı ki, dibçəyi qoyduqda o hazır torpağı əzərək, gübrə ilə qarışdıraraq silkələmə stolundan keçirib təmizləyərək onu ərsəyə gətirir", - deyə həmsöhbətimiz əlavə edir.

© Sputnik / Nigar IskanderovaRəfibəylilər ailəsinin emalatxanası
Rəfibəylilər nəslinin ixtiraçı davamçıları – onların kəşfi düşmən üçün kabusa çevriləcək - Sputnik Azərbaycan
Rəfibəylilər ailəsinin emalatxanası

Hindistanda dağlarda bitən ud hindi kökü oradan gətirilərək burada üyüdülür, apteklərə verilir. Zəhmətkeşlər onun üyüdülməsi üçün də dəyirman hazırlayıblar. Burada həmçinin kənd təsərrüfatı üçün yararlı olan mini traktor da görmək mümkündür, hansı ki, bu traktor da məhz Rəfibəylilər ailəsi tərəfindən hazırlanıb.

İxtiralar arasında ən maraqlı olanı isə Günəş və külək enerjisi əldə edərək onu elektrik enerjisinə çevirən ixtiradır. Bu haqda da Zaur Rəfibəyli danışır: "Bu, hibrid elektrostansiyasıdır. Həm küləkdən, həm də Günəşdən enerji alır. Enerjini akumlyatora yığır, daha sonra akulmyatordan invertor vasitəsi ilə enerji ötürür. Ümumi olaraq 1 kilovat/saada verir. İşıq olmayanda bu bizə çox kömək edir. Kənddə heç kəsdə işıq olmayanda biz televizora baxa, internetə daxil ola, lazım olan əksər işlərimizi görə bilirik. Bunun əsas üstünlüklərindən biri səssiz olması və yanacağa ehtiyac olmaması ilə əlaqədardır".

"20 günə hazırlanan bu elektrostansiya aylıq ən azı 60-100 kWt qənaət deməkdir. Bu qurğu vasitəsilə yerin altından su da çəkmək mümkündür. Yəni, bizim artıq vəsait xərcləmədən ala biləcəyimiz suyumuz, elektrikimiz var. Biz bunun satışını da düşünürük, lakin hələlik sifarişimiz yoxdur. Onu qeyd edim ki, hazırladığımız bu elektrostansiyanın mayası o vaxtın 3 min dollarıdır. Satsaq, təxminən 4 min 500-ə satarıq", - deyə həmsöhbətimiz əlavə edib.

Bu neçə il ərzində satdıqları qurğuların pulu ilə hazır texnikalar alıb emalatxananı daha da mükəməlləşdiriblər. Söhbət əsnasında bu qurğularla tanış oluruq. Alınan bu qurğular arasında dəmirdən olan müxtəlif materiallara forma verənlər də var. Eyni zamanda dəmiri asanlıqla deşən, kəsən, müxtəlif forma verən və onu qatlayanlar da var.

İxtiraçılar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradılan ABAD (Ailə Biznesinə ASAN Dəstək") üçün də bankaların sellefonla paketlənməsi üçün xüsusi aparat hazırlayaraq təhvil veriblər. Bundan başqa, hazırladıqları qurğular arasında 1 tona yaxın emulsiyanı qarışdırmağa imkan verən qurğular da var. Eyni zamanda da dekorativ daş istehsalı üçün də xüsusi aparatlar, 11 nəsil ot doğrayan, daş presləmək üçün aparatlar, yem, eyni zamanda da plastik tullantıları üyüdənlər, günəbaxan yağının istehsalı üçün xüsusi qurğu, xüsusi növ kofeinin hazırlanması və üyüdülməsi üçün nəzərdə tutulan aparatlar da var ki, onların əksəriyyəti artıq sifariş üzrə təhvil verilib.

”Bu qurğular arasında çox bahalı olanlar da var ki, daha sərfəli qiymətə əldə olunub. Artıq məhsulların satışa başlaması üçün "IVY Group" şirkətlə münasibətlərmizii rəsmiləşdirmək üzrəyik. Biz sadəcə olaraq istehsalla məşğul olacağıq – Rəfibəyli qeyd edib.

Həm emalatxanaları, həm də həyətləri ixtiralar, bir-birindən fərqli avadanlıqlarla dolu olan Rəfibəylilər nəslinin nümayəndələrinin həyətində artıq təsərrüfat işlərinə də başlanılıb. Onlar uzun illər ərzində fermerlərin rahatlığını düşünüb bunu təmin edərək, artıq özləri də bir fermer kimi müxtəlif qurğulardan yararlanıb təsərrüfatlarını inkişaf etdirmək istəyirlər. Bunun üçün onlar artıq çoxlu dovşan və mal-qara alıblar.

Elə texnikadan, təsərrüfatdan danışa-danışa ata və oğulun soyad fərqliliyindən də söz düşür. Bunun səbəbi haqda Yaşar Qarayev danışır: "Stalin dövründə repressiya olduğundan soyadımız dəyişdirilib. Stalin Azərbaycana gələndə oğru, cibgir imiş. O vaxtı Bayıl türməsində Rəfibəylilər nəslindən bir nəfər məhkəmə qərarı ilə onu həbs edib. Həmin şəxs nəslimizin yüksək rütbəli nümayəndələrindən biri olub. Sonra Stalin türmədən qaçanda onlardan intiqam alıb və Rəfibəyliləri özünün bir nömrəli düşməni elan edib. Beləcə, Stalinin dövründə nəslimizin əksər nümayəndələri Sibirə sürgün edilib, əksəriyyəti güllələnib. Təkcə bir gecədə nəslimizdən olan 7-8 general Nargin adasında güllələnib. O dövrdə nəslimizin bəzi nümayəndələri Türkiyənin Qars şəhərinə köçüblər".

© Sputnik / Nigar IskanderovaZaur Rəfibəylinin dovşançılıq təsərrüfatı
Rəfibəylilər nəslinin ixtiraçı davamçıları – onların kəşfi düşmən üçün kabusa çevriləcək - Sputnik Azərbaycan
Zaur Rəfibəylinin dovşançılıq təsərrüfatı

"Bizim nəslimizdə Gəncədən Qara bəy olub. Biz Qarayev soyadını da oradan götürmüşük. Amma ümumi olaraq nəslimiz Rəfibəylilər adlanır. Repressiyaya görə, soyadımız Qarayev olaraq dəyişdirilib. Mən 1959-cu ildə elə doğulanda Qarayev soyadını daşımışam. Atam isə 1916-cı ildə doğulanda Rəfibəyli olsa da, sonradan repressiyaya görə soyadını Qarayev olaraq dəyişdirib. Artıq biz təzədən öz soyadımızı qayıdırıq, xalq düşməni deyilik. Yenidən bu adlı-sanlı soyada qayıtmaq üçün biz gərək ki, sənədlərin hamısını toplayaq. Çünki ad-sanlı soyad rahatlıqla verilmir".

Zaur Rəfibəyli isə Ukraynada doğulduğundan, oranın vətəndaşlığını daşıdığından, elə dünyaya gələrkən bu soyadı daşımağa başlayıb və buna görə hansısa problemlə qarşılaşmayıb: "Biz burada Rəfibəyli nəslinin digər nümayəndələri ilə də əlaqə saxlayırıq. General-mayor Akif Rəfiyev, Əziz Rəfibəyli, Araz Rəfibəyli, Adil Rəfibəyli də bu nəslin davamçılarındandır. Bizim öz nəslimizdən ibarət "Facebook" qrupumuz var ki, orada hətta Amerikada, Türkiyədə yaşayanlar da var. Türkiyədə yaşayan nəslimizin nümayəndələri Sayqun soyadını götürüblər. O zamanlar Səməd bəy Rəfibəyli Atatürkün silahdaşı, paşa olub, bizim nəslin adlı-sanlı nümayəndələrindəndir".

© Sputnik / Nigar Iskanderovaİxtiraçıların hazırladıqları mini traktor
Rəfibəylilər nəslinin ixtiraçı davamçıları – onların kəşfi düşmən üçün kabusa çevriləcək - Sputnik Azərbaycan
İxtiraçıların hazırladıqları mini traktor

"Türk sultanı II Mustafa Osmanın qızı ilə Cavadxanın oğlu və ya nəvəsinin qovuşmasından Rəfibəyli nəsli ortaya çıxıb. Yəni, bizim qanımızda həm də Osmanlı qanı axır", - deyə həmsöhbətimiz əlavə edib.

Onlar miqrant kimi Azərbaycana üz tutanda 600 dollar pul və 4 çanta ilə gəliblər. Hazırda yaşadıqları həyətyani evin torpağı isə hələ o vaxtlar Yaşar Rəfibəylinin qonşuluqda yaşayan qardaşları tərəfindən məhz onun üçün alınıb. Onlar isə bura gələndə torpaq üstündə nə bir ot olub, nə də gül-çiçək. Demək olar ki, hər şeyə 0-dan başlayıb, təsərrüfat qurub, ev tikiblər.

Y.Rəfibəyli burada vətəndaşlıq alsa da, oğlunun sadəcə olaraq burada daimi yaşamaq üçün icazəsi var.

Xəbər lenti
0