BAKI, 1 avqust — Sputnik. Fransanın şərqindəki Sona və Luara departamentinin Venzel kommunasında barın yanında duran kütlənin üzərinə avtomobil sürülüb.
Sputnik Azərbaycan-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində 15 nəfər xəsarət alıb.
Sükan arxasındakı sürücü sərxoş olub. Hadisədən sonra polis onu saxlayıb.
Bildirilib ki, hadisə yerinə yanğınsöndürənlər, xilasedici və polis əməkdaşları cəlb edilib.