CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ekspert: “Pandemiya xaricdə təhsil alanların sayına təsir edib”

Abunə olmaq
Təhsil eksperti Kamran Əsədov deyir ki, diplomların tanınması ilə bağlı qanunvericilikdə məsələnin həll edilməməsi xaricdə təhsil alan azərbaycanlıların sayının azalmasına gətirib çıxara bilər
Kamran Əsədov: “Sərhədlərin bağlı olması planlara təsir edib”

“Azərbaycan ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında bu hüququ əldə edə bilməyən abituriyentlər xarici ölkələrdə təhsil almağa üz tuturlar”. Bunu Sputnik Azərbaycan-a təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bu il pandemiya xaricdə təhsil almaq istəyənlərin sayına ciddi təsir göstərib: “Hər il 12-16 min şəxs xaricdə təhsilə üz tutur. Bu şəxslərin böyük bir qismi Türkiyədə təhsil almağı seçir. Hazırda sərhədlərin bağlı olması təhsil üçün getmək istəyənlərin planlarına təsir edib. Eyni zamanda bir çox universitetlər tədris prosesini onlayn qaydada gerçəkləşdirir, ancaq diplomların tanınması ilə bağlı qanunvericilikdə məsələnin həll edilməməsi xaricdə təhsil alan azərbaycanlıların sayının azalmasına gətirib çıxara bilər”.

Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil edilir.

Kamran Əsədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0