Koronavirusu spreylə dayandıracaqlar

© AFP 2024 / Marijan Murat / POOL Тест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
"Nəticə digər viruslara qarşı da istifadə oluna, hətta gələcək pandemiyalardan müdafiə rolunu oynaya bilər" - Xulia Revuelta

BAKI, 31 iyul — Sputnik. İspaniyalı alimlər ağız ətrafında püskürdülərkən koronavirusun yayılmasının qarşısını almağa qadir sprey hazırlayırlar.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Elmi Tədqiqatlar üzrə Ali Şura (CSIC) bildirib.

Spreyin polisaxarid əsaslı molekullarının infeksiyanı effektiv şəkildə saxladığı təsdiq olunduğu təqdirdə onu vrusun başqa növlərinə qarşı da istifadə edəcəklər. Çünki onlar bir çox mikroorqanizmlərin hüceyrələrə daxil olmaq üçün istifadə etdiyi mexanizmə təsir edir.

“Hazırda hesab olunur ki, infeksiya ağız boşluğu-udlaqda başlayır, ona görə spreyin müəyyən molekul bazalı dərman forması virusun hissəciklərinin keçə bilməyəcəyi maneə yaradacaq və virusun təsirlərini öldürəcək”, - araşdırmanın müəlliflərindən biri, Ümumi Üzvi Kimya İnstitutunda (IQOG) işləyən Xulia Revuelta izah edib.

Onun sözlərinə görə, əgər infeksiya başlasa belə, sprey yoluxmuş hüceyrələrdəki replikasiya nəticəsində yaranan virus hissəciklərini ilkin mərhələdə neytrallaşdıracaq və infeksiyanın ağciyər zonasına yayılmasının qarşısını alacaq. Bununla da xəstəliyin ağırlığını azaldacaq.

“Əgər biz bu molekulların infeksiyanı effektiv şəkildə qarşısını aldığını sübut etsək, o zaman genişspektrli virusəleyhinə vasitə əldə edəcəyik. Ona görə də nəticə digər viruslara qarşı da istifadə oluna, hətta gələcək pandemiyalardan müdafiə rolunu oynaya bilər”, - X.Revuelta əlavə edib.

 

Xəbər lenti
0