SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev iranlı həmkarına zəng vurdu

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев и Президент Ирана Хасан Рухани
Президент Азербайджана Ильхам Алиев и Президент Ирана Хасан Рухани - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentlər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar

BAKI, 31 iyul — Sputnik. İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

Sputnik Azərbaycan Prezidentin mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, dövlətimizin başçısı İran İslam Respublikasının Prezidentini və qardaş İran xalqını müqəddəs Qurban bayramı ilə əlaqədar təbrik edib, firavanlıq arzulayıb.

Həsən Ruhani göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində Azərbaycan Prezidentinə və xalqına bayram münasibətilə ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev və Prezident Həsən Ruhani ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildiriblər.

Söhbət zamanı “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası ilə bağlı məsələlər də müzakirə edilib. Hər iki tərəf bu layihənin strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq bu sahədə həyata keçirilən tədbirlərə yüksək qiymət verib, görüləcək işlər barədə fikir mübadiləsi aparıblar.

Prezidentlər pandemiya ilə bağlı vəziyyəti də müzakirə edərək bu istiqamətdə səylərin birləşdirilməsinin önəmini vurğulayıblar və bununla bağlı hər iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında videokonfransların təşkil olunmasını qərara alıblar.

Xəbər lenti
0