Prezidentdən ikibaşlı açıqlama – ya xəstəlik yoxa çıxacaq, ya da rüşvət

© REUTERS / Carlos JassoПрезидент Мексики Андрес Мануэль Лопес Обрадор, фото из архива
Президент Мексики Андрес Мануэль Лопес Обрадор, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Maraqlıdır ki, bundan əvvəlki açıqlamalarında prezident maskanın virusdan qoruduğu elmi cəhətdən sübut olunmadığına görə onu taxmayacağını bildirmişdi

BAKI, 31 iyul — Sputnik. Meksika Prezidenti Andres Manuel Lopes Obrador söz verib ki, ölkədə korrupsiyanın kökünü kəsəndən sonra maska taxmağa başlayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu o, jurnalistlərlə görüşündə deyib.

Maraqlıdır ki, bundan əvvəlki açıqlamalarında prezident maskanın virusdan qoruduğu elmi cəhətdən sübut olunmadığına görə onu taxmayacağını bildirmişdi. Lopes Obrador, gerçəkdən də kütləvi tədbirlərdə, gündəlik mətbuat konfranslarında maskasız olur, amma sosial məsafəni saxlamağa çalışır. Onun sözlərinə görə, maskanı yalnız qaydaların tələb etdiyi yerdə, məsələn, təyyarədə taxmağa razı olur. 

Bundan əvvəl El Universal qəzeti məlumat yaymışdı ki, Meksikanın Milli Hərəkat Partiyasından olan deputatlar prezidenti koronavirus poandemiyası zamanı maska taxmağa məcbur etmək üçün məhkəməyə müraciət etməyə hazırlaşırlar.

“Mən maskanı o vaxt taxacam ki, daha korrupsiya olmayacaq. Gəlin belə razılaşaq”, - jurnalistlərə müraciət edən Lopes Obrador deyib. Mətbuat konfransı prezidentin Twitter hesabında yayımlanıb.

İyulun 30-na olan məlumata görə, epidemiya paşlayandan Meksikada 416179 insan SARS-CoV-2 virusuna yoluxub, virusun səbəb olduğu COVID-19 xəstəliyindən 46 min nəfər dünyasını dəyişib.

Xəbər lenti
0