CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dərman da olarmış! Marixuananın xərçəngi məhv edən növü aşkarlanıb

© AP Photo / Jeff ChiuОбразцы марихуаны под лупой, фото из архива
Образцы марихуаны под лупой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kannibis xərçəng hüceyrələrini daha həssas edir, eyni zamanda sümük iliyi hüceyrələrini və sağlam leykositləri öldürmür.

BAKI, 31 iyul — Sputnik. Nyukasl və Hunter Universitetinin tədqiqatçısı Matt Dun Avstraliyada aşkar edib ki, müəyyən modifikasiyalı kannabis (narkotik xassəli çətənə - red.) növü insan orqanizminin hüceyrələrinə zərər vermədən xərçəng hüceyrələrinin bəzi növlərini məhv etməyə qadirdir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə universitetin saytında yerləşdirilmiş press-relizdə bildirilir.

Мужчина жарит шашлык, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Öldürən qida: kabab və xərçəng xəstəlikləri arasında hansı əlaqə var?

Bu eksperiment Avstraliya Təbii Terapiya qrupu (ANTG) ilə birlikdə üç il müddətində həyata keçirilib. Eksperiment yeni marixuana növünü almaq və xərçəngin müalicəsində onun potensialını test etmək məqsədi daşıyıb. Tədqiqat üçün leykemik hüceyrələrdən istifadə edilib. Alimlər kannibisin xərçəng hüceyrələrini daha həssas etdiyini və eyni zamanda nə sümük iliyi hüceyrələrini, nə də sağlam leykositləri öldürdüyünü aşkar ediblər.

Beləliklə, tədqiqatçılar yalnız xəstəliyin gedişini asanlaşdırmaq üçün bir vasitə kimi deyil, həm də xərçəngin müalicəsi üçün bir vasitə kimi marixuananın potensialını aşkar ediblər. Alimlər qeyd edirlər ki, modifikasiya olunmuş növlər daha effektivdir, daha az toksikliyə və yan təsirlərə malikdir. Bu da potensial olaraq digər xərçəng əleyhinə vasitələrlə birlikdə onu terapiya üçün ideal əlavəyə çevirir.

Eyni zamanda, tədqiqatın müəllifləri qeyd ediblər ki, kəşf xərçəng üzərində tam qələbədən xəbər vermir. Alimlər xərçəng hüceyrələrini həssas edən deyil, onları sağlamlaşdıran mexanizmi tapmaq istəyirlər. Onlar həmçinin, aşkar etdikləri kannibis növünün hələ xərçəng əleyhinə vasitəsi kimi klinik istifadə üçün hazır olmadığını vurğulayıblar.

Xəbər lenti
0