BAKI, 31 iyul — Sputnik. Berlində naməlum şəxslər ticarət mərkəzinə hücum ediblər.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Almaniya xilasetmə xidməti özünün Twitter esabından məlumat yayıb.
“Kroytsberq rayonunda xeyli xəsarət alan var. Biz Hermannplatsdakı Hazelhayde ticarət mərkəzindəyik”, - məlumatda deyilir.
BREAKING -- Reports of multiple injuries following a robbery at a shopping centre at Berlin's Hermannplatz pic.twitter.com/6dcBeKrv34
— Faytuks News 🔴 (@Faytuks) July 31, 2020
Polis “Hermannplats” və "Karl Marks Ştrasse" metro stansiyalarına giriş-çıxışı bağlayıb. Məlumata görə, hücum edənlərin niyyəti mərkəzdən oğurluq etmək olub və bu məqsədlə onlar gözyaşardıcı qazdan da istifadə ediblər.