Səhvi yüz on dörd il sonra yada saldılar, üzr istədilər

CC0 / Predra6 / PatternРешетка клетки, фото из архива
Решетка клетки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məlumata görə, Benqanı meymunların qəfəsinə zooparkın direktoru Uilyam Hornadey və əməkdaşları salıblar

BAKI, 31 iyul — Sputnik. ABŞ-ın Vəhşi Təbiəti Mühafizə Cəmiyyəti nəzdində olan Bronks zooparkında 1906-cı ildə baş vermiş hadisəyə görə üzr istəyib. Təxminən yüz il əvvəl həmin zooparkın meymunxanasında mərkəzi Afrikadan olan bir gənc eksponat kimi bir neçə gün nümayiş olunub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə New York Times yazır.

Təşkilatdan bildiriblər ki, indiki Konqo Demokratik Respublikasından olan mbuti tayfasının nümayəndəsi Ota Benqanın zooparkda nümayiş etdirilməsinə görə təəssüf hissi keçirir və hadisəni qınayırlar.

Məlumata görə, Benqanı meymunların qəfəsinə zooparkın direktoru Uilyam Hornadey və əməkdaşları salıblar. Bir neçə gün sonra qaradərili din xadimləri bu əməli pisləyiblər. Zoopark gənc afrikalını sığınacağa göndərib. Bundan on il sonra Ota Benqa özünə qəsd edib. Buna səbəb kimi həm də onun evinə dönə bilməməsi qeyd olunur. 

 

Xəbər lenti
0