Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qorxusu yoxdur! Azərbaycanın strateji valyuta ehtiyatları artıb

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Elman Rüstəmov: "Bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq".

BAKI, 30 iyul — Sputnik. Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 51,7 milyard ABŞ dolları təşkil edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1,2 faiz artıb.

O bildirib ki, bu ilin sonuna qədər Azərbaycanda illik inflyasiya 3-3,5% intervalında formalaşacaq, qurumun inflyasiya proqnozu dəyişməyib.

Xəbər lenti
0