Rusiya Liviyada hərbi baza yaratması məsələsinə aydınlıq gətirildi

© Sputnik / Mihail Alaeddin / Mediabanka keçidВоенная полиция РФ на северо-востоке провинции Алеппо в Сирии
Военная полиция РФ на северо-востоке провинции Алеппо в Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 8-i Milli Birlik Hökumətinin Daxili İşlər naziri Fathi Baqşi bəyan edib ki, Rusiyanın ölkə ərazisində iki hərbi bazanın yaradılmasına dair planları var.

BAKI, 30 iyul — Sputnik. Rusiyanın Liviyada hərbi baza yaratmaq planı yoxdur. 

Турецкие солдаты в Ливии, фото из архива - Sputnik Azərbaycan
Rusiya və Türkiyə Liviyada atəşkəs üzərində çalışmağa başladı
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Misirdəki səfiri Qeorqi Borisenko "TEN" telekanalına müsahibəsində Liviyada Milli Birlik Hökumətinin iddialarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Liviya rəhbərliyinə hər hansı bir hərbi və ya dəniz bazasının yaradılması ilə bağlı sorğu göndərilməyib. Borisenko qeyd edib ki, Rusiya Liviyanı müstəqil və suveren ölkə kimi qəbul edir və ona görə də yerli rəhbərliyin razılığı olmadan onun daxili işlərinə qarışmaq istəmir.

Qeyd edək ki, iyunun 8-i Milli Birlik Hökumətinin Daxili İşlər naziri Fathi Baqşi bəyan edib ki, Rusiyanın ölkə ərazisində iki hərbi bazanın yaradılmasına dair planları var. O qeyd edib ki, hərbi bazanın biri Sirt liman şəhərində, digər isə Tripolidən 600 kilometr cənub-şərqdə yerləşən əl-Cufra hərbi bazasında yaradılacaq.

Xəbər lenti
0