BAKI, 30 iyul — Sputnik. Bu gün Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb, onun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.