CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İsti havalarda taxılacaq maska - Yerli istehsalda hər şey fərqlidir - REPORTAJ

© Sputnik / Nigar IskanderovaQobuda tibbi ləvazimatların istehsalı müəssisəsi
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim maskaların əsas fərqi, özəlliyi ondan ibarətdir ki, hava keçirsə də, su keçirmir" - Bəhruz İsmayılzadə.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 30 iyul — Sputnik. Bu gün Sumqayıtla yanaşı, Qobuda da Azərbaycanın yerli maska və tibbi geyimlər, baxillər, pandemiya dövründə xüsusi tələbatın yarandığı qapalı geyimlər, həkim geyim dəstlərinin istehsal olunduğu müəssisə fəaliyyət göstərir.

Sputnik Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə "Qobu Yaşayış Massivi 3"-də yenicə fəaliyyətə başlayan "Gill Med" istehsal müəssisəsində olaraq mövcud vəziyyəti izləyib.

© Sputnik / Nigar IskanderovaQobuda tibbi ləvazimatların istehsalı müəssisəsi
İsti havalarda taxılacaq maska - Yerli istehsalda hər şey fərqlidir - REPORTAJ - Sputnik Azərbaycan
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi

Mayın 28-də Prezident İlham Əliyevin açılışını etdiyi müəssisədə gün ərzində cərrahi önlüklər, ümumi cərrahi dəstlər, sterilizasiya olunmuş baxillər, maskalar, kolonoskopi şortiklər, baş üçün qalpaqlar, üzlüklər - bir sözlə, tibbə aid bütün tekstil məhsulları istehsal olunur. Müəssisənin fəaliyyəti haqda bizi satış üzrə təmsilçi Bəhruz İsmayılzadə məlumatlandırır: "Bizim fəaliyyətimizdə göstərilən dəstəyə görə KOBİA-nın rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun dəstəyi ilə biz bu gün icarə haqqından azadıq".

© Sputnik / Nigar IskanderovaQobuda tibbi ləvazimatların istehsalı müəssisəsinin satış üzrə təmsilçi Bəhruz İsmayılzadə
İsti havalarda taxılacaq maska - Yerli istehsalda hər şey fərqlidir - REPORTAJ - Sputnik Azərbaycan
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsinin satış üzrə təmsilçi Bəhruz İsmayılzadə

Burada istehsal olunan maskalar isə həqiqətən fərqlidir. "Mövcud şərait və isti havada maska taxmaq çətindir" deyənlər çoxdur. Lakin bu maskanı taxdıqda hava çatışmazlığı olmur. Necəsini isə daha ətraflı həmsöhbətimiz izah edir:  "Bizim maskaların əsas fərqi, özəlliyi ondan ibarətdir ki, hava keçirsə də, su keçirmir. Yəni hava-damcı infeksiyası bu maska vasitəsilə keçirilmir. Əslində, bizim formalarımız da eyni materialdan hazırlanıb. Pandemiyanın artıq yaya qədər uzanması bu cür geyimlərə tələbatı artırıb. Çünki həkimlər üçün yayda hava keçirməyən geyimlər geymək çox çətindir. Bizdə istehsal olunan bu geyimlər parçadan hazırlandığından tibbi heyətə iş başında özünü daha rahat hiss etməyə imkan verir".

COVID-19 ilə mübarizə aparan tibb işçiləri üçün əsas geyimlər məhz bu parçadan hazırlanır. Parçaların böyük əksəriyyəti isə Türkiyədən gətirilir.

© Sputnik / Nigar Iskanderova
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi - Sputnik Azərbaycan
1/6
© Sputnik / Nigar IskanderovaBaxil istehsalı prosesi
Baxil istehsalı prosesi - Sputnik Azərbaycan
2/6
Baxil istehsalı prosesi
© Sputnik / Nigar IskanderovaSterializasiya otağı
Sterializasiya otağı - Sputnik Azərbaycan
3/6
Sterializasiya otağı
© Sputnik / Nigar IskanderovaПроизводство медицинских масок
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi - Sputnik Azərbaycan
4/6
Производство медицинских масок
© Sputnik / Nigar IskanderovaTibbi geyim və ləvazimatların istehsalında istifadə olunan maska
Tibbi geyim və ləvazimatların istehsalında istifadə olunan parça - Sputnik Azərbaycan
5/6
Tibbi geyim və ləvazimatların istehsalında istifadə olunan parça
© Sputnik / Nigar Iskanderova
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi - Sputnik Azərbaycan
6/6
1/6
2/6
Baxil istehsalı prosesi
3/6
Sterializasiya otağı
4/6
Производство медицинских масок
5/6
Tibbi geyim və ləvazimatların istehsalında istifadə olunan parça
6/6

COVID-19-la mübarizədə əsas tələbatın olduğu məhsulların istehsalına gəlincə isə B.İsmayılzadə deyir ki, burada gündəlik olaraq 500-1000 arası komuflyaj geyim istehsal olunur: "Gün ərzində təxminən 200-3500 ədəd də maska istehsal olunur. Müştərilərin tələbatını təmin edə, gündəlik sifarişləri tamamlaya bilirik. Olur ki, bəzən daha çox, bəzən də daha az satırıq. Formalar bazarda 18-25 manatdırsa, biz onları 11-13 manata veririk. Çünki bizə də tapşırılıb ki, bazarı elə təmin edin ki, qiymətlər bazar payından aşağı olsun. Ümumi cərrahiyyə setinə iki mavi forma, xəstə üçün açılan önlük, həkim salfetkası, ikili və dördlü xalat daxildir ki, onlaırn da qiyməti fərqli olur. Bu setlərin qiyməti 20-25 manat arasında dəyişilir. Gündəlik həkimlərin geydiyi uniformalar standart olaraq 15 manatdır ki, bu da bazarla müqayisədə kifayət qədər aşağıdır. Bazarda isə bu geyimlərin qiyməti 25-30 manat arasında dəyişilir. Baxillərin bir kilosu 6.80-7 manatdırsa, bazarda bu qiyməti daha yüksək görə bilərik. Baş üçün olan qalpaqların qiyməti də 4-5 manat arasında dəyişilir. N95 stilində tikilən, su keçirtməyən bu maskaların tək qatlısı 20, iki qatlısı isə 50 qəpikdir".

© Sputnik / Nigar IskanderovaQobuda tibbi ləvazimatların istehsalı müəssisəsi
İsti havalarda taxılacaq maska - Yerli istehsalda hər şey fərqlidir - REPORTAJ - Sputnik Azərbaycan
Qobuda tibbi ləvazimatların istehsalı müəssisəsi

B.İsmayılzadənin sözlərinə görə, hazırda istehsal etdikləri məhsullar arasında maska, komuflyaj geyim və önlüklər daha çox alınır.

Müəssisədə çalışan işçilərin sayı 15-dir, yaxın gələcəkdə isə daha 10 işçinin də götürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, hazırda ərazisində olduğumuz müəssisədə çalışanlar da "Qobu Yaşayış Massivi 3"-ün sakinləridir. Onlar arasında təcrübəsiz olub, işi burada öyrənənlər də var.

Xəbər lenti
0