BAKI, 30 iyul – Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu gün Kiyevdən Bakıya növbəti çarter reysi yerinə yetirib.
AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin reyslə 155 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.
Yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-un olmaması barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.