Mars parçası evinə qaytarılır

© Depositphotos.com / Grechka333Метеоритный дождь
Метеоритный дождь  - Sputnik Azərbaycan
Abunə olmaq
O, maqmatik qayalara bənzəyən bazalt parçasıdır və belə parçalardan Şimali İrlandiyada Nəhənglərin Keçidində görmək mümkündür.

BAKI, 29 iyul — Sputnik. Mars planetinin kiçik parçası yaxın həftələrdə "Perseverance Mars" gəmisi ilə geri göndəriləcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, meteorit London muzeyində saxlanılırdı.

Bu qaya parçasının xüsusiyyətləri artıq bəllidir və alimlər ondan gəminin göyərtəsindəki alətlər vasitəsilə ötürülən məlumatın düzgünlüyünü yoxlamaq üçün istifadə etməyi planlaşdırırlar.

Bu gəmi həyat əlamətləri taparsa, layihə də əhəmiyyətli olacaq.

NASA ekspertləri bildiriblər ki, meteoritin uzun və çətin taleyi olub. O, 450 milyon əvvəl Qırmızı Planetdə formalaşıb. Təqribən 600-700 min il əvvəl Marsdan asteroid qopub və qaya parçası kosmosa atılıb.

Təqribən 1000 il əvvəl o, Yerə düşüb. Meteoriti 1999-cu ildə Oman səhralarında tapıblar və onu Sayh al Uhaymir 008 və ya SaU008 adlandırıblar.

O, maqmatik qayalara bənzəyən bazalt parçasıdır və belə parçalardan Şimali İrlandiyada Nəhənglərin Keçidində görmək mümkündür. Daşın tərkibində piroksen, olivin və çöl şpatı var.

Xəbər lenti
0