BAKI, 29 iyul — Sputnik. Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdirilə bilər. Bu barədə DOST Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir.
Qeyd edilir ki, müəssisə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşdir. Müəssisədə şəxslərin reabilitasiya müddəti 180 (yüz səksən) gündən çox olmamaqla müəyyən edilir. Bu kateqoriya şəxslərin müəssisəyə qəbulu onların şəxsən və ya Azərbaycan Respublikasının daxili işlər orqanlarının, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin səlahiyyətli nümayəndələrinin bu orqanların göndərişləri əsasında şəxslərin müəssisəyə qəbul edilməsi üçün müraciətlərinə əsasən həyata keçirilir.