“O peşələr ki beş ildən sonra olmayacaq, bu peşələr üzrə mütəxəssislərin hazırlanmasına ehtiyac yoxdur. Amma bununla paralel olaraq, yeni peşələr ortaya çıxacaq, hansılar ki, bu gün yoxdur. Lakin hansı peşələrin olacağı ehtimal edilir, bu peşələr üzrə bizdə mütəxəssislər hazırlanmalıdır”. Bunu Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Sputnik Azərbaycan-a deyir ki, Prezident İlham Əliyevin qeyd etdiyi bu məsələ vacibdir:
“Əsasən də ali və orta ixtisas təhsil müəssisələrində elə peşələr ola bilər ki, yaxın gələcəkdə onlara ehtiyac olmasın. Bunun üçün Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə araşdırmalar aparmalı, əmək bazarının tələbləri öyrənilməlidir. Texnologiyanın inkişafı və dördüncü sənaye inqilabı bəzi peşələrin, tədris olunan fənlərin öyrənilməsini lüzumsuz edəcək. Bu proses proqnozlaşdırılmalıdır və ona uyğunlaşmaq lazımdır”.
Sahib Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz