CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yenə də uçacağıq, AZAL danışıqlar aparır

© AP Photo / Michael ProbstСамолеты, фото из архива
Самолеты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir

BAKI, 28 iyul — Sputnik. Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən Qlobal distribütor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində biletlərin oflayn satışını açacaq. Bu isə xarici turistlərin Azərbaycana səfərini daha əlçatan edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları"nın prezidenti Cahangir Əsgərov ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü zamanı bildirib.  

Медицинская академия имени С. И. Георгиевского в Симферополе - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daşa dirənmiş proses: Xaricdə təhsil alan tələbələrin taleyi necə olacaq?

Danışıqlarda həmçinin "Azərbaycan Hava Yolları"nın vitse-prezidenti Eldar Hacıyev, qurumun Aviasiya Daşımalarının Satışı İdarəsinin rəisi Niyazi Həsənov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Turizm Bürosunun baş direktoru Florian Zenqstşmid, Turizm Agentlikləri Assosiasiyasının sədri Rüfət Hacıyev və Azərbaycan Turizm Assosiasiyasının sədri Əhməd Qurbanov iştirak ediblər. Danışıqların əsas mövzusu COVID-19 pandemiyası dövründə turizm sahəsinin inkişafı və bu məsələdə mülki aviasiyanın rolu olub. Görüş ərəfəsində videokonfrans vasitəsilə Azərbaycanın aparıcı turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilib və onların pandemiya dövründə AZAL aviaşirkəti ilə əməkdaşlığa dair təklifləri dinlənilib.

Cahangir Əsgərov bildirib ki, koronavirus pandemiyası və ölkələr arasında sərhədlərin bağlanması səbəbindən mülki aviasiya və turizm sahələri hazırda olduqca mürəkkəb vəziyyətdədir. Onun sözlərinə görə, martın 15-dən hazırkı vaxtadək Azərbaycanın milli aviadaşıyıcısı və onun tərəfdaşları tərəfindən 239 beynəlxalq reys yerinə yetirilərək 23 mindən artıq həmyerlimiz vətənə çatdırılıb. Həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi cədvələ uyğun olaraq AZAL aviaşirkəti həmyerlilərimizin vətənə təxliyə edilməsi üçün çarter reyslərini yerinə yetirməyə davam edir.

Fuad Nağıyev qeyd edib ki, hazırda turizm sənayesi bütün tarixi boyu ən dərin böhran vəziyyətini yaşayır. İqtisadiyyatın bu sektorunun bərpası regional və qlobal səviyyədə sərt rəqabət şəraitində keçəcək. Turizm sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün onun bütün subyektlərinin qərar qəbul etmə prosesinə cəlb edilməsi tələb olunur. Bu zaman qərarlar tez bir zamanda qəbul edilməli, reaksiya dinamik və səmərəli olmalıdır. Turizmin bərpa edilməsinə və inkişafına kömək edə biləcək və etməli olan ən mühüm amillərdən biri ölkəyə turist gəlişinin mümkünlüyü amilidir.

Самолет AZAL - Sputnik Azərbaycan
CƏMİYYƏT
Təyyarə sərnişinləri barədə məlumatlar DGK-ya də ötürüləcək

Cahangir Əsgərov məlumat verib ki, pandemiya dövründə yeni müvəqqəti hava daşımaları qaydaları təsdiq edildikdən sonra Azərbaycanın milli aviadaşıyıcısı və bəzi xarici aviaşirkətlər tələbatın daha yüksək olduğu istiqamətlər – İstanbul, London, Berlin, Dubay və Minsk istiqamətlərində xüsusi beynəlxalq reyslər yerinə yetirməyə başlamışdır. Bu zaman, vətənə qayıtmaq arzusunda olan azərbaycanlı tələbələr üçün AZAL-ın reyslərində aviabiletlərin dəyərinə 30% həcmində güzəşt tətbiq edilir.

Karantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır. Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir.

Biletlərin satışına gəlincə, Cahangir Əsgərovun fikrincə, bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır: "Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır, "Azərbaycan Hava Yolları" isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək".

Xəbər lenti
0