CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yaşlarına bax, bir də əməllərinə...

© pixabay / TheDigitalWayВор взламывает дверь, фото из архива
Вор взламывает дверь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İlkin dindirmə zamanı onlar, törətdiyi hadisəni etiraf edib və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər

BAKI, 28 iyul — Sputnik. Goranboy rayon sakini Qabil Abbasov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək bildirib ki, ona məxsus, avtomobil ehtiyat hissələri satılan mağazasına iyul ayının 24-dən 25-nə keçən gecə naməlum şəxs və ya şəxslər gizli yolla daxil olaraq oradan 6000 manat pulu oğurlayıb.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 22 yaşlı rayon sakini Amil Qiyaslı, 21 yaşlı Gəncə şəhər sakini Telman İbrahimov və 22 yaşlı Göygöl rayon sakini Boran Məmmədov şübhəli qismində saxlanılıblar.

İlkin dindirmə zamanı onlar törətdikləri hadisəni etiraf edib və əldə etdikləri pulun bir qismini xərclədiklərini bildiriblər. Pulun qalan hissəsi maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti
0