CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təxribat qurbanı olmamaq üçün: Türkiyədəki həmkarlara xəbərdarlıq edildi

© Sputnik / Murad OrujovЦеремония почтения памяти жертв Ходжалинской трагедии
Церемония почтения памяти жертв Ходжалинской трагедии  - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə xaricdəki Azərbaycan və Türkiyə icmalarının bundan sonrakı birliyinin YTB və Dövlət Komitəsinin koordinasiyası ilə həyata keçirilməsinin önəmi barədə geniş fikir mübadiləsi aparılıb

BAKI, 28 iyul — Sputnik. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Erenlə videogörüşü keçirilib.

Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat, hərbçilərimizin, mülki şəxslərin öldürülməsi, Ermənistanın işğalçı siyasətini davam etdirməsi ilə bağlı xaricdəki Azərbaycan icmalarının, diaspor təşkilatlarının keçirdiyi dinc aksiyalar barədə müzakirələr aparılıb.

F.Muradov azərbaycanlıların müxtəlif xarici ölkələrdə dinc, icazəli, sivil formada keçirdikləri aksiyalar və bu aksiyalara əngəl törətmək istəyən ermənilərin təxribatçı hərəkətləri barədə məlumat verib. O qeyd edib ki, ermənilər səfirliklər, konsulluqlar və nümayəndəliklərin binalarına hücum edir, müxtəlif vandalizm aktları törədir, azərbaycanlılara qarşı fiziki güc tətbiq edirlər. Faktlar sübut edir ki, ermənilər vandalizm aktlarını, təxribatçı hərəkətlərini öncədən planlaşdırırlar.

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəhbəri Abdullah Eren Türkiyə toplumunun hər zaman Azərbaycanın yanında olduğuna bütün dünyanın şahid olduğunu vurğulayıb və bundan sonra da hər iki ölkənin diaspor təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.

Görüşdə xaricdəki Azərbaycan və Türkiyə icmalarının bundan sonrakı birliyinin YTB və Dövlət Komitəsinin koordinasiyası ilə həyata keçirilməsinin önəmi barədə geniş fikir mübadiləsi aparılıb, birgə tədbirlər planı müzakirə edilib. İki qurum arasında qarşılıqlı etimada əsaslanan yüksək əməkdaşlığın 2018-ci ildə imzalanmış "Diasporla iş sahəsində əməkdaşlığa dair anlaşma Memorandumu"na əsasən davamlı inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.

Xəbər lenti
0