CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident bu məsələyə də müdaxilə etməlidirmi - Suyu kim murdarlayır?

© Sputnik / Irade JELILAbşeron kanalı
Abşeron kanalı - Sputnik Azərbaycan
Abunə olmaq
"Düzdür, kanalizasiya suları nasoslara, mühərrikə zərər vermir. Amma bu gün COVID-19-un tüğyan etdiyi bir vaxtda bu, insanların sağlamlığı üçün təhlükəlidir"

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 28 iyul — Sputnik. Bir müddət əvvəl sosial şəbəkələrdə kanalizasiya maşınlarının yığdığı suların Abşeron magistral su kanalına axıdılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yer almışdı.

Daha sonra Daxili İşlər Nazirliyi tərəfindən kanala kanalizasiya suyu axıdan sürücü tapıldı və müvafiq olaraq cərimə edildi.

Sputnik Azərbaycan xəbər verir ki, bu kimi hallar uzun müddətdir iki, Abşeron magistral su kanalının keçdiyi 6 rayon ərazisində baş verir.

© Sputnik / Irade JELILAbşeron kanalı
Prezident bu məsələyə də müdaxilə etməlidirmi - Suyu kim murdarlayır? - Sputnik Azərbaycan
Abşeron kanalı

Qeyd edək ki, mənbəyini Ceyranbatan gölündən götürən Abşeron magistral su kanalı 1948-ci ildə tikilməyə başlayıb. 1956-cı ildə fəaliyyətə başlayan kanal Zirə qəsəbəsinə qədər uzanır. Kanalın uzunluğu 73 kilometrdir. Bundan başqa, kanaldan ayrılan təsərrüfatlararası kanallar da var.

Təsərrüfatlararası kanalın uzunluğu 30 kilometrdir.

Abşeron Rayon Su kanal İdarəsinin baş mühəndisi Qəmbər Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 1970-1978-ci illərə qədər kanalın suyundan içməli su kimi istifadə edilirdi. Kanal Abşeron yarımadasını bütünlüklə suvarma suyu ilə təmin edirdi.

© Sputnik / Irade JELILAbşeron kanalı
Prezident bu məsələyə də müdaxilə etməlidirmi - Suyu kim murdarlayır? - Sputnik Azərbaycan
Abşeron kanalı

Kanal dövlət əhəmiyyətli olduğu üçün müdaxilə də qadağan idi.

Hazırda kanal Ceyranbatandan başlayaraq Zirəyə qədər uzanır. Həsənovun sözlərinə görə, ana kanalın təmirinə başlanılıb və təmir bu il yekunlaşacaq, hələ ki, 5,6 kilometr ərazi qalıb.

"Kanalla sovet dövründə 8 min ha ərazi suvarırdısa da, onun su tutumu 9 kub idi. Ölkə başçısının müvafiq sərəncamından sonra kanal 6 kuba layihələndirildi", - deyə o bildirib.

© Sputnik / Irade JELILAbşeron kanalı
Prezident bu məsələyə də müdaxilə etməlidirmi - Suyu kim murdarlayır? - Sputnik Azərbaycan
Abşeron kanalı

Q.Həsənovun sözlərinə görə, Abşeron ərazisində bu gün 18400 ha ərazi kanal vasitəsilə suvarılır. Suvarma mövsümü bitəndən sonra qalan ərazi də təmir ediləcək.

O qeyd edib ki, 6 rayonun icra hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edilsə də, heç bir nəticə verməyib.

"Bizim ağrılı bir yerimiz var. Vətəndaşların məişət tullantıları vaxtında daşınmadığı üçün vətəndaşlar zibili birbaşa kanala atırlar. İdarəmizə ildə iki dəfə vəsait ayrılır. Biz il boyu kanalı təmizləyirik. İndi siz düşünün ki, biz buna nə qədər vəsait xərcləyirik. Çünki suvarma mövsümündə atılan zir-zibillər nasosun boğazına keçir, gah nasos dağılır, gah da mühərrik yanır", - deyən baş mühəndis bildirib ki, bu məsələlər müvafiq icra başçıları səviyyəsində nəzarətə götürülməlidir.

© Sputnik / Irade JELILAbşeron kanalı
Prezident bu məsələyə də müdaxilə etməlidirmi - Suyu kim murdarlayır? - Sputnik Azərbaycan
Abşeron kanalı

Q.Həsənov vurğulayıb ki, kanala xüsusi maşınlarla kanalizasiya suları da atılır.

Dəfələrlə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib: "Düzdür, kanalizasiya suları nasoslara, mühərrikə zərər vermir. Amma bu gün COVID-19-un tüğyan etdiyi bir vaxtda bu, insanların sağlamlığı üçün təhlükəlidir. Ancaq başa düşmək lazımdır ki, bu kanal kənd təsərrüfatı məhsullarının suvarılması üçündür. Vətəndaşlar bu məhsulları alırlar.

Zibil günün altında qalır, daşınmır. Vətəndaş nə varsa tökür kanala. Elə hesab edir ki, məişət tullantılarını təmizlədi. Daha bilmir ki, su bu məişət tullantılarına görə oksidləşir və təhlükəli olur".

© Sputnik / Irade JELILAbşeron kanalı
Prezident bu məsələyə də müdaxilə etməlidirmi - Suyu kim murdarlayır? - Sputnik Azərbaycan
Abşeron kanalı

Baş mühəndisin sözlərinə görə, Abşeron Su Kanal İdarəsi öz üzərinə düşən vəzifəni yerinə yetirir.

Ancaq müvafiq icra hakimiyyətləri, bələdiyyələr, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və s. digər qurumlar duruma məsuliyyətsiz yanaşır.

Ərazi nəzarətsiz buraxılır və kanala atılan məişət tullantılarını təmizləmək qurumun öhdəliyində olmasa da, idarə tərəfindən təmizlənir.

Xəbər lenti
0