Dövlət hesabına dərman alan xəstələr saatlarla xəstəxana qarşısında gözləyirlər - Deputat

© REUTERS / Amr Abdallah DalshМедик показывает лекарство от COVİD-19, фото из архива
Медик показывает лекарство от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Ölkədə olan karantin şəraitində, istidə, səhhətində ciddi problemləri olan, orqan transplantasiyası əməliyyatı keçirmiş vətəndaşlarımız (və ya onların yaxınları) dərman almaq üçün saatlarla gözləməli olurlar".

BAKI, 28 iyul — Sputnik. Vətəndaşların dövlət hesabına dərman təminatında ciddi problemlər var. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə millət vəkili Nigar Arpadarai bildirib. O, dövlət hesabına dərman alan xəstələrin 1 saylı Kliniki Tibbi Mərkəzin qarşısında gözlədiklərini əks etdirən şəkillər paylaşıb: "Şəkillərdə gördüyünüz vətəndaşlar dövlət tərəfindən pulsuz olaraq verilən immunbasqılayıcı preparatlar almaq üçün bu gün yenidən Semaşkonun qarşısında toplaşıblar. Dövlət dərmanların təminatını öz üzərinə götürüb. Amma dərmanların verilmə proseduruna yenidən baxılmasına ehtiyac var. Ölkədə olan karantin şəraitində, istidə, səhhətində ciddi problemləri olan, orqan transplantasiyası əməliyyatı keçirmiş vətəndaşlarımız (və ya onların yaxınları) dərman almaq üçün saatlarla gözləməli olurlar. "Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub.” Bu sözləri Cənab Prezident dəfələrlə çıxışlarında söyləyib və əməlləri ilə təsdiq edib".

Səhiyyə Nazirliyi tərəfindən yeni mexanizmin yaradılması, bu prosedurun asanlaşdırılması, xəstələrin qeydiyyat ünvanları üzrə poliklinikalarda preparatların verilməsinə ehtiyac var.

Bu məsələ ilə bağlı 7 iyul tarixində Səhiyyə Nazirliyinə sorğu göndərmişəm. Bir daha Nazirliyə üz tuturam, xahiş edirəm ki, bu məsələni ciddiyə alsınlar.

Xəbər lenti
0