Bill Geyts koronavirus testi sistemini tənqid etdi

© REUTERS / ARND WIEGMANNБилл Гейтс выступает на ежегодной встрече Всемирного экономического форума (ВЭФ) в Давосе, Швейцария, 22 января 2019 года
Билл Гейтс выступает на ежегодной встрече Всемирного экономического форума (ВЭФ) в Давосе, Швейцария, 22 января 2019 года - Sputnik Azərbaycan
Abunə olmaq
Telekanala müsahibəsində milyarder həmçinin bildirib ki, lazımi dərmanların seçilməsi ilin sonunadək bu xəstəlikdən ölüm sayını azaldacaq

BAKI, 28 iyul — Sputnik. Microsoft şirkətinin təsisçisi Bill Geyts ABŞ-dakı koronavirus testi sistemini tənqid edib.

Sputnik Azərbaycan bildirir ki, o, analizlərin aparılmasına sərf olunan vaxta görə sistemi mənasız adlandırıb.

“Siz indi nəticəni almaq üçün üç gün, hətta bir həftə gözləməyinizə görə bunun üçün heç bir dollar da verməməlisiniz. Bu, dəlilikdir. İnsanlar cavabı mümkün qədər tez almalıdırlar ki, yoluxanlar davranış modelini dəyişərək başqalarını da xəstəliyə düçar etməsinlər”, - Geyts CNBC telekanalına müsahibəsində deyib.

Geytsin sözlərinə görə, ABŞ-da hazırkı COVID-19 testi sistemi – mənasız “vaxt və vəsait itkisidir”.

Fondu COVID-19 əleyhinə vaksin hazırlanmasına sponsorluq edən Geytsi pandemiyanın əvvəlindən ABŞ KİV-i koronavirus üzrə ekspert səviyyəsinə qaldırıb. Telekanala müsahibəsində milyarder həmçinin bildirib ki, lazımi dərmanların seçilməsi ilin sonunadək bu xəstəlikdən ölüm sayını azaldacaq.

Epidemiya başlayandan ABŞ-da 4 294 770 insan koronavirusa yoluxub, 148 mindən çox adam isə COVID-19-dan vəfat edib.

Xəbər lenti
0