Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 28 iyul — Sputnik. Kürdəmir rayonunun daha bir kəndində koronavirusa kütləvi yoluxma qeydə alınıb. Kürdəmirin Pirili kəndində COVID-19 infeksiyasına kütləvi yoluxma halı baş verib. Faktı Sputnik Azərbaycan-a Pirili kənd bələdiyyə sədri Ziya Kərimov təsdiqləyib. O bildirib ki, hazırda özü də xəstəxanadadır: "Mən özüm hazırda xəstəxanadayam. Koronavirusa yoluxduğum üçün müalicə alıram. Kəndimizdə 30-dan çox sakin bu virusa yoluxub".
Z.Kərimov kütləvi yoluxma ilə əlaqədar Pirili kəndində gücləndirilmiş dezinfeksiya tədbirləri aparıldığını söyləyib.
Xatırladaq ki, bir müddət öncə Kürdəmir rayonunun Sığırlı kəndində də koronavirusa kütləvi yoluxma halı qeydə alınmışdı.