Özünü “pis aparanlar” üçün hipersəs raketi – Esper danışıqlara başladı

© REUTERS / YURI GRIPASABŞ-ın Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper
ABŞ-ın Müdafiə naziri (Pentaqon rəhbəri) Mark Esper - Sputnik Azərbaycan
Abunə olmaq
Avstraliyanın Müdafiə naziri Linda Reynolds bildirib ki, danışıqlarda tərəflər nəinki hipersəs silahının yaradılması üzrə mümkün əməkdaşlığı, eləcə də kosmik baza yaradılması sistemləri barədə məsələləri də müzakirə ediblər

BAKI, 28 iyul — Sputnik. Amerika Birləşmiş Ştatları hipersəs raketləri hazırlaması üçün Avstraliya ilə danışıqlara başlayıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Pentaqon rəhbəri Mark Esper deyib.

Esperin sözlərinə görə, ABŞ-ın və Avstraliyanın bu məsələdə potensialına dair geniş məsələlər toplusunun müzakirəsinin ilk mərhələsi artıq baş tutub. O deyib ki, ABŞ Avstraliyanın hipersəs silahlarının və istənilən digər vasitələrin hazırlanması sahəsindəki potensialını daha da irəlilətmək fikrindədir. 

“Biz gələcək haqda fikir yürüdəndə, Hind və Sakit okeanlarında pis davranışların qarşısının alınması və dünya düzəninin qorunması barədə düşünən zaman bunun nə qədər vacib olduğu ortaya çıxır”, - Esper deyib.

Pentaqon həmçinin Avstraliyanın yeni müdafiə strategiyasını da alqışlayıb.

Avstraliyanın Müdafiə naziri Linda Reynolds bildirib ki, danışıqlarda tərəflər nəinki hipersəs silahının yaradılması üzrə mümkün əməkdaşlığı, eləcə də kosmik baza yaradılması sistemləri barədə məsələləri də müzakirə ediblər.

“Biz müdafiə, elmi, texniki və sənaye əməkdaşlığımızı daha da dərinləşdirməyə qərar verdik”, - nazir deyib.

 

Xəbər lenti
0