BAKI, 27 iyul — Sputnik. Nazirlər Kabinetində yeni təyinat olub. Sputnik Azərbaycan-ın məlumatına görə, Anar Məmmədov Nazirlər Kabineti Aparatında Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri təyin olunub. A.Məmmədovun təyinatı Nazirlər Kabinetinin saytında da yerləşdirilib. Qeyd edək ki, Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsinin müdiri vəzifəsi boş idi.