BAKI, 27 iyul — Sputnik. Emin Əmrullayev Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Xatırladaq ki, bir müddət öncə Təhsil naziri Ceyhun Bayramov Elmar Məmmədyarovun əvəzinə Xarici işlər naziri təyin edilib.