BAKI, 26 iyul – Sputnik. Dünyada COVID-19-a yoluxanların sayı 16 milyon nəfəri keçib. Sputnik Azərbaycan bu barədə Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.
Statistikaya əsasən hazırda dünyada 16 milyon 46 min nəfər virusa yoluxub. Onlardan 9 milyon 262 min nəfəri sağalıb. Virusa yoluxmuş 645 minə yaxın şəxs isə dünyasını dəyişib.
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 4 milyon 178 mini keçib. İkinici yerdə Braziliya (2 milyon 394 min nəfər), üçüncü yerdə isə Hindistan (1 milyon 385 min nəfər) gəlir. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 805 mindən çox yoluxma qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.