CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha bir həkim koronavirusdan öldü

© Photo : The State Customs Committee of ARМедик в Госпитале Таможенного Комитета, фото из архива
Медик в Госпитале Таможенного Комитета, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Zərifə Səfərova koronavirusdan vəfat edib. Z.Səfərovada bir neçə gün əvvəl koronavirusa yoluxma aşkarlanıb.

BAKI, 26 iyul – Sputnik. Azərbaycanda daha bir həkim təhlükəli COVID-19 infeksiyasının qurbanı olub.

Sputnik Azərbaycan “Report“a istinadla xəbər verir ki, bu barədə tibb işçiləri məlumat verib.

Məlumata görə, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi Zərifə Səfərova koronavirusdan vəfat edib. Z.Səfərovada bir neçə gün əvvəl koronavirusa yoluxma aşkarlanıb.

Qeyd edək ki, Azərbaycanda koronavirusdan ölən həkimlərin sayı 30 nəfərə çatıb. Daha bir azərbaycanlı həkim də ölkədən kənarda COVID-19-un qurbanı olub.

Xəbər lenti
0