“Dünyanın əksər ölkələrində koronavirusa yoluxma baxımından kişilər qadınları üstələyir, Azərbaycanda isə əksinə, qadınlar kişilərdən çox koronavirusa yoluxur”. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva Sputnik Azərbaycan-a deyir ki, koronavirus bütün dünyada qadınların həyatını daha da çətinləşdirib:
“Bu, Azərbaycanda da belədir. ÜST-ün açıqladığı hesabatlardan görünür ki, dünyada koronavirusa yoluxanların böyük əksəriyyəti kişilərdir. Azərbaycanda isə bunun tam əksi qeydə alınıb. Bunun özünəməxsus səbəbləri var. Azərbaycanda səhiyyə sektorunda çalışanlar əsasən qadınlardır. Bu da onların yoluxma riskini artırır. Digər tərəfdən bizim ailə dəyərlərimizdə qadının xüsusi yeri var. Qadınlar arasında ünsiyyət zamanı virusdan qorunma tələblərinin pozulması statistikada rol oynayır”.
Yeganə Hacıyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz