Zorakılığa məruz qaldığı iddia edilən uşaqlarla bağlı iş görülür - Kəmalə Ağazadə

© REUTERS / Marzio TonioloМальчик с телефоном, фото из архива
Мальчик с телефоном, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz uşaq sığınacağı reabilitasiya mərkəzi olaraq azyaşlılar üçün nə köməklik lazımsa, dəstəyimizi bildirdik. Birinci gün nəticəni onlardan gözləyəcəyik. Müavin bildirdi ki, fakt təsdiqini taparsa, onlar valideynlik hüququndan da məhrum edilə bilər" - K.Ağazadə

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 25 iyul — Sputnik. Xəbər veridiyimiz kimi, Astarada 6-10 yaşlı azyaşlıların ögey ana və doğma ataları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı video da yayılıb. Astarının Ərçivan kəndində 6 və 10 yaşlı bacı-qardaş ata və ögey ananın işgəncəsinə məruz qalıblar.

Azyaşlıların iki ildir ki, zorakılığa məruz qaldıqları bildirilir.

Məsələ ilə bağlı Sputnik Azərbaycan-a danışan Azərbaycan Uşaqlar Birliyin in sədri Kəmalə Ağazadə bu olayla bağlı müəyyən məlumat aldığını diqqətə çatdırıb: "Bu hadisə ilə əlaqədar olaraq dərhal Astaranın icra hakimiyyətinin başçısının müavini Firəngiz xanımla əlaqə saxladıq. İş onların nəzarətindədir. Artıq müəyyən araşdırmalar aparılıb, valideynlər polis bölməsində izahat da veriblər. Birinci gün icra hakimiyyəti yanında qəyyumluq komissiyasının iclası keçiriləcək və bu məsələyə hansı istiqamətdə yanaşılacağı müəyyən olunacaq".

"Biz uşaq sığınacağı reabilitasiya mərkəzi olaraq azyaşlılar üçün nə köməklik lazımsa, dəstəyimizi bildirdik. Birinci gün nəticəni onlardan gözləyəcəyik. Müavin bildirdi ki, fakt təsdiqini taparsa, onlar validyenlik hüququndan da məhrum edilə bilər", - deyə K.Ağazadə bildiirb.

Xəbər lenti
0