BAKI, 25 iyul — Sputnik. Rusiyada koronavirus xəstələrinə bikini ilə qulluq edən Nadya Jukova özünə yeni sənət seçib.
Sputnik Azərbaycan xarici mətbuta istinadla xəbər verir ki hadisəsən sonra bir idman firmasının reklam üzü olan Nadya Jukovaya yerli telekanalların birində hava proqramı aparıcısı olmaq təklif edilib.
— Владимир Белочкин (@6eJIo4kuH) May 23, 2020
Tula şəhərində yaşayan Jukovanın bikini üzərindən şəffaf geyim geyinərək xəstələrə qulluq etməsi gündəm olmuşdu.
Xüsusi qoruyucu geyim geyinmədiyi üçün həm xəstələrin, həm də öz həyatını təhlükəyə atan şəfqət bacısına xəbərdarlıq cəzası da verilmişdi.
O çətin şəraitdə işlədiklərini və xüsusi qoruyucu geyimdən bezdiyi üçün bu addımı atdığını bildirmişdi.
23 yaşlı Jukovaya haqq qazandıranlar da olmuşdu.