BAKI, 25 iyul — Sputnik. Alman alimləri Şimali Reyn-Vestfaliyadakı ət emalı zavodlarının birində koronavirusun yayılmasının səbəblərini araşdırıblar.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, kombinatın 1500 əməkdaşı virusa yoluxub.
Hadisədən sonra araşdırmaçılar belə qərara gəlib ki, COVID-19 infeksiyası müəssisədə 8 metr məsafədən yayılıb.
“Bizim araşdırmamızın nəticəsi göstərir ki, aşağı temperatur, təmiz havanın az olması, kondinsiioner sistemi vasitəsi ilə havanın mütəmadi olaraq sirkuliyasiya olması SARS – CoV-2 böyük məsafədən belə yayılmasına səbəb ola bilir” - deyən araşdırmanın müəllifi, professor Adam Qryundhoff izah edib. O, qeyd edib ki, eynu faktorlar dünyanın digər ölkələrinin müəssisələrində də COVID-19 infeksiyasının yayılmasına səbəb ola bilər.
“Belə şəraitdə 1,5-3 metr məsafə virusun yayıla bilməməsi üçün yetərli məsafə deyil” - deyə o bildirib.