SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Los-Anceles olayları ilə bağlı bəyanat yaydı - RƏSMİ

© AFP 2024 / NIC COURYФлаг США, фото из архива
Флаг США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın ölkəmizdəki və Ermənistandakı səfirlikləri Azərbaycanın Los-Ancelesdəki konsulluğu qarşısında aksiya ilə bağlı bəyanat yayıb

BAKI, 25 iyul - Sputnik. ABŞ-ın Bakıdakı və Yerevandakı səfirlikləri Azərbaycanın Los-Ancelesdəki konsulluğu qarşısında iyulun 21-də keçirilmiş etiraz aksiyasına cavab bəyanatı yayıb.

ABŞ-ın Bakıdakı səfirliyindən Sputnik Azərbaycan-a daxil olan bəyanatda bildirilir ki, ABŞ-ın Bakıdakı səfirliyi və ABŞ-ın İrəvandakı səfirliyi dinc toplaşma və etiraz bildirməyin ümumbəşəri prinsiplərinə zidd olan zorakılıq hərəkətlərini pisləyir.

“ABŞ diplomatik obyektləri qorumaq öhdəliyini ciddi qəbul edir və bu səyləri dəstəkləmək üçün yerli hüquq mühafizə orqanları ilə birlikdə çalışır. Söz və dinc toplaşmaq azadlığı ABŞ Konstitusiyası ilə qorunur, lakin hüquq-mühafizə orqanları zorakılıq aktları barədə müvafiq tədbir görüləcəkdir. Bütün nümayişçiləri dinc iştiraka və təmkinli olmağa çağırırıq”, - deyə bəyanatda bildirilir.

Xəbər lenti
0