SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səfir ABŞ-dakı Azərbaycan vətəndaşlarına çağırış etdi

© Photo : AZƏRTACAzərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, arxiv şəkli
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Səfir Azərbaycanın ABŞ Konqresi ilə və digər dövlət qurumları ilə fəaliyyəti barədə məlumat verib və ABŞ -Azərbaycan münasibətlərinə dəstəyə və töhfələrinə görə icma üzvlərinə dərin təşəkkürünü bildirib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. ABŞ-da fəaliyyət göstərən Amerikada Azərbaycan Cəmiyyətlərinin Konqresinin (Congress of Azerbaijani Societies of America – CASA) təşəbbüsü və dəvəti ilə Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov ilə ABŞ-nın müxtəlif ştatlarında yaşayan çoxsaylı icma üzvləri arasında video görüş keçirilib.

Aksiya - Sputnik Azərbaycan
HADİSƏ
ABŞ-da etiraz aksiyası zamanı soydaşlarımıza hücum edilib – FOTOLAR

Sputnik Azərbaycan xəbər verir ki, CASA şəbəkəsi müstəqil və könüllülərin şəbəkə platforması olaraq Texas, Massaçusets, Nyu York, Nyu Jersi, Kaliforniya və Floridada yaşayan soydaşların təşəbbüsü və əməkdaşlığı nəticəsində yaranıb.

İlk olaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş döyüşlərdə şəhid olan hərbçilər və həlak olan dinc sakin bir dəqiqəlik sükutla yad edilib.

E.Süleymanov icma üzvlərinin təşəbbüsünü qiymətləndirib, son günlərdə ABŞ-da yaşayan azərbaycanlıların çətin vəziyyətlə üzləşdiyini qeyd etmiş və icma üzvlərinin bir araya gələrək gündəlikdə qoyulan məsələləri və növbəti addımları birlikdə müzakirə etməyin faydalı olacağını bildirib. Səfir Azərbaycanın ABŞ Konqresi ilə və digər dövlət qurumları ilə fəaliyyəti barədə məlumat verib və ABŞ-Azərbaycan münasibətlərinə dəstəyə və töhfələrinə görə icma üzvlərinə dərin təşəkkürünü bildirib. Eyni zamanda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının artmasını nəzərə alaraq Azərbaycan icmasının daha da fəal olmasına çağırış edib.

Daha sonra ABŞ ştatları üzrə Ermənistanın təcavüzünə qarşı ştatlarda keçirilmiş aksiyalarda icmanın iştirakı barədə danışıb, o cümlədən erməni lobbi üzvlərinin paytaxt Vaşinqtonda Səfirliyin qarşısında keçirdiyi aksiyaya qarşı müxtəlif ştatlardan vətəndaşlarımız və soydaşlarımızın bir yerə gələrək Azərbaycan dövlətinə, üçrəngli bayrağımıza və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dəstək verməsinə və sivil şəkildə qarşı tərəfin susdurulmasında iştirak etdiklərinə görə təşəkkürünü bildirib. Səfir qeyd edib ki, vətəndaşlarımız və soydaşlarımızın etiraz aksiyasında təmkinli və mədəni davranışı digərlərinə nümunə kimi göstərilə bilər və ermənilərin özlərini olduqca aqressiv və vəhşi aparması ilə heç cürə müqayisə oluna bilməz.

Həmçinin Kaliforniya ştatının Los Anceles şəhərində baş vermiş aksiyalarda hadisələri təəssüf hissi ilə xatırlayıb və xəsarət alanlar barədə məlumat verərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə onlara dövlət tərəfindən ehtiyac olan hərtərəfli dəstəyin veriləcəyini deyib. Hazırda ABŞ-da diplomatik missiyalar da daxil olmaqla Azərbaycan vətəndaşlarına erməni radikal qrupları tərəfindən real təhdidin olmasını nəzərə alaraq soydaşları olduqca ehtiyatlı olmağa və təhlükəsizliklərini qorumağa çağırış edib. İcma üzvlərinin gərgin hissləri və onların haqlı qəzəbini anladığını və bölüşdüyünü, eyni zamanda erməni radikalların təxribatlarına uymamalarına və birlik nümayiş etdirərək təmkinli və soyuqqanlı olmağa çağırıb.

İki saatdan çox davam edən müzakirə geniş mövzuları əhatə edib.

Xəbər lenti
0