CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbəhazırlıq qruplarına qəbul vaxtı açıqlandı

© Photo : Department of Education for Baku CityMəktəbəhazırlıq qrupu, arxiv şəkli
Məktəbəhazırlıq qrupu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil Nazirliyinin əməkdaşı bildirib ki, sənəd qəbulu elektron proqram təminatı vasitəsilə həyata keçiriləcək

BAKI, 24 iyul — Sputnik. Azərbaycanda 5 yaşı tamam olan uşaqların məktəbəhazırlıq qruplarına qəbulunun avqust ayında aparılması planlaşdırılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Elçin Kərimov deyib.

Onun sözlərinə görə, sənəd qəbulu elektron proqram təminatı vasitəsilə həyata keçiriləcək. Tədris digər dillərdə aparılan qruplara uşaqların qəbulu zamanı həmin dil üzrə şifahi nitq bacarığının öyrənilməsi məqsədilə heç bir müsahibə tələb edilmir. E.Kərimov məktəbəhazırlıq qruplarına qəbul qaydalarının əvvəlki ildə olduğu kimi aparılacağını, bununla bağlı heç bir dəyişikliyin olmadığını da söyləyib.

Xəbər lenti
0